- Hər mərhələdə nə baş verdiyini bilir
- Suallarına vaxtında cavab alır
- Müraciətini və müsahibələrini rahat izləyir
Atlas — komandanızın növbəti güclü üzvü.
Atlas prosesi əlaqələndirir. İnsan qərar verir.
Salam · Salam! Bu gün sizdən heç nə gözlənilmir. 3 vakansiyanı izləyirəm.
NümunəRutin işi Atlas aparır
Atlas hər vakansiyanı izləyir, çatışmayan məlumatı uyğun şəxsdən alır və növbəti addımı hazırlayır. Rəngi və mətni işin vəziyyətini göstərir. Qərar və istisnalar sizə gəlir.
Atlas standart addır. Şirkət öz agentinə başqa ad verə bilər.
Müddətə uyğun plan və izlənmə
İşə qəbul təyin etdiyiniz müddətə uyğun planlanır və izlənir. Rutin işi Atlas görür. Qərarı insan verir.
Vakansiya açıldı, tələb paketi təsdiqləndi
İR DirektorAtlas rəhbərdən çatışmayan iki faktı soruşdu, profil və planı hazırladı.
Elan dərc olundu, müraciətlər gəlir
AtlasMüraciət linki filtr sualları ilə; təkrar müraciətlər və dublikatlar ayrılır.
14 CV ilkin müqayisədən keçdi
AtlasMəcburi şərtlər faktlarla yoxlandı: 6 namizəd uyğundur. İmtina məktubları iş vaxtında getdi.
Rəhbər CV-lərə öz linkindən baxdı
RəhbərDəvət etdiyi namizədlərə vaxt seçimi özü getdi. Cavab gecikəndə hər iş günü xatırlatma gedir.
Müsahibələr keçdi, rəylər toplandı
RəhbərDəvət təqvimə düşdü, namizəd iştirakını təsdiqlədi. Rəhbər rəyini və yekun tövsiyəsini verdi.
Yekun namizəd təsdiqləndi
İR DirektorSeçim paketi bir səhifədədir: rəylər, faktlar, açıq suallar. Təhlükəsizlik yoxlaması özü başladı.
Təklif qəbul edildi, vakansiya bağlandı
İR DirektorNamizəd təklifi linkdən qəbul etdi və tibbi müayinə gününü özü seçdi. Başlama izlənir.
Hər kəs üçün dəyər
- Uyğun namizədləri AI xülasəsi ilə görür
- CV-lərə və müsahibə nəticələrinə vahid meyarlarla baxır
- Rəyini sürətlə bildirir, düzgün namizədin seçilməsinə fokuslanır
- Namizədlərin güclü tərəflərini və risklərini bir yerdə görür
- Alternativ namizədləri eyni meyarlarla müqayisə edir
- AI-nin dəstəyi ilə məlumatlı qərar verir
- Təkrarlanan yazışmalar və xatırlatmalar avtomatlaşır
- Şöbələr lazımi məlumatı vaxtında alır
- Hər kəs öz məsuliyyətini bilir, komanda daha dəyərli işlərə fokuslanır
İşə qəbulun hər addımı bir yerdə
Elandan işə başlamaya qədər: məktublar, görüşlər, yoxlamalar və nəzarət.
Namizədlərlə yazışmalar şirkətin adından aparılır. Mesajlar, cavablar və ünsiyyət tarixçəsi vahid sistemdə izlənilir.
Müsahibə dəvətləri, vaxtın razılaşdırılması, təqvim və xatırlatmalar vahid prosesdə idarə olunur.
Görüş vaxtı, ünvan və gəliş təlimatları əvvəlcədən paylaşılır. Ehtiyac olduqda aidiyyəti şöbələr məlumatlandırılır.
Namizədlər və müsahibəçilər əlavə proqram yükləmədən, birbaşa brauzer üzərindən görüşə qoşulur.
Vəzifə və şirkət tələblərinə uyğun yoxlamalar, sorğular və təsdiqlər əlaqələndirilir, nəticələr izlənilir.
Sənədlərin təqdim edilməsi, tələb olunan tibbi müayinələr və digər hazırlıq mərhələləri vahid prosesdə koordinasiya olunur.
Hər mərhələdə sərf olunan vaxt və məsul tərəf görünür. Gözləmələr SLA hədəfləri ilə müqayisə edilir.
Əməliyyatların hansı hissəsinin sistem, Atlas və insanlar tərəfindən yerinə yetirildiyi şəffaf göstərilir.
Vacib hadisələr, qərarlar və son tarixlər üzrə bildirişlər və xatırlatmalar prosesin iştirakçılarını məlumatlı saxlayır.
Müraciətdən yekun qərara qədər bütün mərhələlər, ünsiyyət və qərarlar vahid zaman xəttində görünür.
AI istifadəsi üzrə xərclər və büdcə limitləri izlənilir. Limitlərə yaxınlaşdıqda xəbərdarlıqlar təqdim olunur.
Azərbaycan, ingilis və rus dillərində istifadə imkanı. Namizədlər və komanda üzvləri üçün daha rahat ünsiyyət.
Masanıza yalnız qərar gəlir
Hər qərar əsaslıdır: faktlar, rəylər, açıq suallar. Təsdiq və düzəliş bir kliklə.
Məlumat qorunur
Hər şirkətin ayrıca sistemi, ünvanı və məlumat bazası var. Qərarı həmişə insan verir.
Şirkətinizin ünvanına keçin
Şirkət kodunu yazın — giriş şirkətinizin qorunan ünvanında davam edəcək.
Kodu bilmirsinizsə, şirkətinizin HR bölməsinə müraciət edin. Qoşulmaq üçün: info [at] talentlead-hr.com
ATLAS


